ABŞ-da qadın sürücü avtomobili nümayişçilərin üzərinə sürüb, yaralılar var - FOTO

12 Dekabr 2020 08:13

ABŞ-ın Nyu-York ştatında keçirilən nümayiş zamanı qadın sürücü avtomobili kütlənin üzərinə sürüb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Manhettendə baş verən hadisə nəticəsində 7  nəfər yaralanıb.

Onların bəziləri xəstəxanaya yerləşdirilib. Sürücü hadisə yerindən yayınmayıb. Polis tərəfindən saxlanılan qadının ifadəsi alınıb.

Bildirilib ki, nümayişi keçirənlər "Black Lives Matter" hərəkatını dəstəkləyən tərəfdarları olub.

Reuters-in yerli Polis Departamentinə istinadən yaydığı məlumata görə, nümayişdə əlli nəfər iştirak edib.

Milli.Az