Fransadan Ermənistana humanitar yardım göndərildi

11 Dekabr 2020 22:55

Fransa humanitar yardım dolu daha bir təyyarəni Ermənistana göndərib.

Milli.Az axar.az-а istinadən xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyinin nümayəndəsi məlumat verib.

Onun sözlərinə görə, İrəvana çatdırılacaq yardımlar Aznavur Fondu tərəfindən yığılıb.

Qeyd edək ki, noyabrın 22-si və 27-də Fransadan Ermənistana 2 dəfə humanitar yardım göndərilmişdi.

Milli.Az