“Qarabağ”la matçı oynamaq daha yaxşı olardı” - Emeri

11 Dekabr 2020 19:54

"Qarabağ"la matçı oynamaq daha yaxşı olardı".

Milli.Az Qol.az-a istinadən xəbər verir ki, bu sözləri "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Vilyarreal"ın baş məşqçisi Unay Emeri deyib. O, 6-cı turda Ağdam təmsilçisi ilə keçirməli olduqları səfər oyununun təxirə salınmasına belə münasibət bildirib:

"Bu, çox tələbkar bir rəqabətdir. Çünki böyük komandalar oynayıb, qazanmağı istəyirlər. Qrup mərhələsini oyuna çıxaraq bağlamaq istəyərdik. İndi isə UEFA-nın necə qərar verəcəyini gözləyirik".

Qeyd edək ki, ötən gün keçirilməli olan "Qarabağ" - "Vilyarreal" görüşü təmsilçimizin 13 futbolçusunda koronavirus aşkarlandığı üçün təxirə salınıb.

Milli.Az