Bin Ladenin “sağ əli” azadlığa çıxdı

11 Dekabr 2020 18:54

Üsamə Bin Ladenin təbliğatına cavabdeh olan "sağ əli" Adel Abdel Bari (60) artıq çəkisi səbəbindən koronavirusdan ölüm riski səbəbiylə ABŞ həbsxanasından sərbəst buraxılıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, oğlu İŞİD üzvü olan 6 uşaq atası Barinin Londonda 1 milyon funt sterlinq dəyərindəki mənzilinə qayıtdığı bildirilb.

Qeyd edək ki, "Əl-Qaidə" beynəlxalq terror təşkilatının lideri olmuş Üsamə Bin Laden 2011-ci il mayın 2-də Pakistanın Abbottabad şəhərində ABŞ Silahlı Qüvvələri tərəfindən 40 dəqiqə davam edən atışmadan sonra öldürülüb.

Milli.Az