Neymar Çempionlar Liqasında ən yaxşı seçildi

11 Dekabr 2020 19:24

Çempionlar Liqasında həftənin oyunçusu bəlli olub.

Milli.Az apasport.az-a istinadla bildirir ki, qrup mərhələsinin VI turunun ən yaxşısı Neymar seçilib.

Fransanın PSJ klubunun futbolçusu azarkeşlər arasında səsvermədə qalib olub. Neymar VI turun "Başakşəhər"lə (Türkiyə) qarşılaşmasında het-trikə imza ataraq, 5:1 hesablı qələbənin memarı olub.

Qeyd edək ki, səsvermədə digər namizədlər Yussef en-Nesiri ("Sevilya"), Kərim Benzema ("Real") və Anatoli Trubin ("Şaxtyor" Donetsk) olub.

Milli.Az