Mourinyo birinci oldu

11 Dekabr 2020 17:39

İngiltərə Premyer Liqasında noyabr ayının ən yaxşı məşqçisi müəyyənləşib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, "Tottenhem"in çalışdırıcısı Joze Mourinyo bütün həmkarlarını qabaqlayıb.

Mourinyonun komandası ötən ay meydana çıxdığı 4 oyunun 3-də qalib gəlib və 1 heç-heçə edib.

Qeyd edək ki, London təmsilçisi 11 turdan sonra 24 xalla turnir cədvəlinin lideridir.

Milli.Az