Göygöldə minik avtomobili yanıb

11 Dekabr 2020 15:39

Göygöldə avtomobil yanıb.

Milli.Az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, rayon razisində "QAZ" markalı minik avtomobilinin yanar hissələri alışmağa başlayıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az