“Google” şirkəti “Android” sistemini əvəz edəcək “Fuchsia”nı əlçatan edəcək

15 Dekabr 2020 23:15

"Google" şirkəti yeni nəsil "Fuchsia" əməliyyat sisteminin mənbə kodunu açıq elan edib. Korporasiyanın hazırlamaları layihənin rəsmi saytında əlçatandır.
 
Milli.Az ictnews.az-a istinadən bildirir ki, "Google" şirkətinin rəsmiləri entuziast və kənar tərtibatçıların 4 ildir hazırlanmaqda olan əməliyyat sisteminin inkişafına kömək edəcəklərinə ümid edirlər. Həm də şirkət "Fuchsia"nın hələ ki son məhsul kimi hazır olmadığını etiraf edib.
 
Korporasiya ƏS-nin hazırlanmasının dəqiq məqsədini açıqlamayıb. Entuziast və tərtibatçılar hesab edirlər ki, "Fuchsia" sistemi kompüter və "ağıllı" məişət texnikası daxil olmaqla istənilən qurğular üçün universal proqram platforması olacaq.

Milli.Az