Çində 10 ayda sənaye robotlarının istehsalı 21% artıb

15 Dekabr 2020 07:31

Çin 2020-ci ilin 10 ayında sənaye robotlarının istehsalını 21% artırıb.
 
Milli.Az ictnews.az-a istinadən bildirir ki, ölkə yanvar-oktyabr aylarında 183,4 min robot istehsal edib. Bu haqda Çinin Sənaye və İnformasiya Texnologiyaları Nazirliyinin məlumatında deyilir. İstehsalçıların gəliri 2,3% yüksəlib.
 
Çin 2013-cü ildə dünyanın ən böyük robot texnikası bazarına çevrilərək o vaxtdan birinciliyi qoruyub saxlayır. Bununla belə Çin hələ ki sənayenin robotlaşdırılması göstəricisinə görə dünyada 9-cu yerdədir. Bu ölkədə 10 min işçiyə 187 robot düşür. Robotlaşdırma prosesi yüksək templə gedir.
 
Koreya Respublikası istehsalın robotlaşdırılması göstəricisi üzrə birinci yerdə yerləşir. Bu ölkədə 10 min işçiyə 855 robot düşür.

Milli.Az