“Turan"ın sabiq prezidenti vəfat etdi

11 Dekabr 2020 14:19

"Turan" klubunun keçmiş prezidenti Namiq Məstanov vəfat edib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə "Turan Tovuz" klubunun rəsmi Feysbuk səhifəsi paylaşım edib.

Onun ölüm səbəbi açıqlanmayıb.

Qeyd edək ki, N.Məstanov 2001/02 və 2003/04-cü illərdə "Turan"a rəhbərlik edib. Daha sonra isə müxtəlif illərdə o, klubun vitse-prezidenti vəzifəsində çalışıb.

Milli.Az