Sahibə Qafarova deputatları “YAŞAT” Fondunun təşəbbüsünə qoşulmağa dəvət edib

11 Dekabr 2020 11:22

Azərbaycanda şəhid ailələrinə və müharibə əlillərinə dövlət dəstəyindən əlavə qayğının göstərilməsi ilə bağlı "YAŞAT" fondunun yaradılması mühüm əhəmiyyət kəsb edir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Milli Məclisin spikeri Sahibə Qafarova parlamentin bu gün keçiriən iclasında deyib.

S.Qafarova bildirib ki, bu fondun yaradılması xalqımızın biriyinin göstəricisidir: "Mən Milli Məclisin deputatlarını, Aparatın və İşlər İdarəsinin əməkdaşlarını bu nəcib təşəbbüsə qoşulama dəvət edirəm".

Milli.Az