Vilayət Eyvazov baş müstəntiqi rəis TƏYİN ETDİ

11 Dekabr 2020 11:01

Daxili İşlər orqanlarında kadr dəyişikliyi olub.

Milli.Az unikal.org-a istinadən bildirir ki, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, polis polkovnik-leytenantı Rafael Cəfərov Xaçmaz Rayon Polis Şöbəsinin Təhqiqat Bölməsinin rəisi təyin olunub.

Qeyd edək ki, o, daha öncə Nərimanov Rayon Polis İdarəsində baş müstəntiq vəzifəsində çalışıb.

Milli.Az