Düşməndə qorxu, dostda etibar yaradan tarixi gün! - FOTOlar

11 Dekabr 2020 11:04

Ötən gün Azadlıq Meydanında keçirilən Zəfər paradı Türkiyə mətbuatında da gündəm olub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, əksər TV kanalları yürüşü canlı yayımlayıb, yazılı mətbuat isə Azərbaycanın qələbəsi barədə məqalələr dərc ediblər.

Türkiyə KİV orqanları paraddan fotolar yayaraq "Tarixi günə damğa vuran şəkillər" başlıqlı xəbərlər dərc ediblər.

Bir çox mətbuat orqanında qeyd olunub ki, paradda düşməndə qorxu, dostda etibar yaradılıb. Vurğulanıb ki, Azərbaycan və Türkiyə əsgərlərinin bir arada olması fərəh hissi yaradıb.

Milli.Az