"Brent" neftinin qiyməti 50 dolları ötdü

10 Dekabr 2020 19:24

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində "Brent" neftinin ixracına dair 2021-ci ilin fevral müqaviləsinin dəyəri 1 barelə görə 50 dolları keçib.

Milli.Az APA-ya istinadən bildirir ki, Bakı vaxtı ilə saat 18:58-də "Brent"ın 1 barelinin qiyməti 2,87% artaraq 50,26 dollar təşkil edib. Sonuncu dəfə "Brent" neftinin qiyməti 50 dollarda yuxarı martın 6-da qeydə alınıb.

Milli.Az