Almaniyada rekord yoluxma

10 Dekabr 2020 18:22

Almaniyada son 24 saatda koronavirusa rekord yoluxma faktı qeydə alınıb. Belə ki, 23 min 679 nəfərə "COVID-19" diaqnozu qoyulub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu rəqəm epidemiyanın başlanğıcından bu günədək ölkədə açıqlanan gündəlik ən yüksək say olub.

Almaniyada ümumilikdə xəstəlik sayı 1 milyon 242 min 203-ə yüksəlib, 20 min 372 nəfər vəfat edib.

Milli.Az