İrəvanda aksiyalarda 29 nəfər saxlanıldı

10 Dekabr 2020 15:41

İrəvanda hökumət əleyhinə aksiyalar zamanı 29 nəfər saxlanılıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "Sputnik Ermənistan"a polisin mətbuat xidmətinin əməkdaşı Zarzand Gabrileyan məlumat verib.

"Əldə etdiyim son məlumata görə, 29 vətəndaş saxlanılıb",- deyə Qabrileyan qeyd edib.

Ancaq bu rəqəmin arta biləcəyi ehtimal olunur.

Qeyd edək ki, etirazçılar baş nazir Nikol Paşinyanın istefasını tələb edərək hökumət binasının qarşısına toplaşmışdılar.

Milli.Az