Klubun vitse-prezidenti koronavirusdan öldü

10 Dekabr 2020 14:52

Türkiyənin "Samsunspor" klubunun vitse-prezidenti Mustafa Erkanat vəfat edib.

Milli.Az apasport.az-a istinadla bildirir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

Bildirilir ki, Erkanatın ölümünə səbəb koronavirus olub. Bu virusa yoluxan vitse-prezidentin səhhəti ağırlaşıb və onun həyatını xilas etmək mümkün olmayıb.

Milli.Az