Bakıda "Zəfər paradı" keçirilib

10 Dekabr 2020 11:48

Bu gün Vətən müharibəsində qələbəyə həsr olunmuş hərbi parad keçirilib.

Milli.Az bildirir ki, Bakının Azadlıq Meydanında keçirilən "Zəfər paradı"nda 3000 nəfərdən artıq şəxsi heyət iştirak edib, 150-dək hərbi texnika, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerlərin nümayiş etdirilib.

Paradda Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi də nümayiş etdirilib.

Milli.Az