General Rövşən Əkbərovdan açıqlama: "Hazırda ordu ilə heç bir əlaqəm yoxdur"

10 Dekabr 2020 11:04

Vətən Müharibəsinə başlayandan sonra tanınmış general Rövşən Əkbərovun döyüşlərdə adının hallanmaması və görünməməsinə görə Ordudan uzaqlaşdırıldığı ilə bağlı məlumatlar yayılmışdı.

Milli.Az xəbər verir ki, Ordu korpusu komandiri, general-leytenant Rövşən Əkbərov gununsesi.info-ya açıqlamasında bu məlumatı təsdiqləyib.

R.Əkbərov ətraflı danışmayacağını bildirərək hərbi xidmətdən uzaqlaşdırıldığını deyib: "Hazırda ordu ilə heç bir əlaqəm yoxdur. Başqa işlə məşğulam. Ona görə də nəsə danışmayacağam".

Milli.Az