Gürcüstanda daha 4 570 nəfər koronavirusa yoluxub, 43 nəfər ölüb

10 Dekabr 2020 12:35

Gürcüstanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 4 570 yoluxma halı qeydə alınıb, 43 nəfər ölüb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 178 953, ölənlərin sayı isə 1 657 nəfərə çatıb.

Koronavirusa yoluxanlardan 148 332 nəfərin sağaldığı bildirilir.

Milli.Az