“Real” 29-cu dəfə qrupdan çıxdı - VİDEO

10 Dekabr 2020 11:23

İspaniyanın "Real" klubu Çempionlar Liqasının 1/8 finalına yüksəlməklə rekorda imza atıb.

Milli.Az apasport.az-a istinadla bildirir ki, Madrid təmsilçisi 29-cu dəfə qrupdan çıxıb.

İspaniya nəhəngi qatıldığı bütün qrup mərhələlərində - həm birinci, həm ikinci raundda tur adlayan yeganə komandadır. "Real" yalnız bir dəfə qrupda oynamayıb ki, həmin vaxt ümumiyyətlə avrokuboklarda çıxış etməyib. Bu, 1996/97 mövsümünə təsadüf edib.

Milli.Az