Bakıda ofisdə yanğın olub

9 Dekabr 2020 21:35

Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 100 m² olan birmərtəbəli tikilinin (ofis və s. təyinatlı) yanar konstruksiyaları 25 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, tikilinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az