Bu ölkəyə xaricdən gələnlər 10 günlük karantinə yerləşdiriləcək

9 Dekabr 2020 22:25

Xarici ölkələrdən Yunanıstana gələnlərin hamısı 10 gün karantinə yerləşdiriləcək.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Yunanıstan hökumətinin rəsmi nümayəndəsi Stelios Petsas bildirib. Yenilik dekabrın 18-dən başlayaraq tətbiq olunacaq və yanvarın 7-nə kimi davam edəcək. Xüsusən bu qərar xaricdən Milad bayramı ilə əlaqədar ölkəyə qayıdan tələbələrə də şamil olunacaq. Eyni zamanda yanvarın 7-nə kimi ölkənin bölgələri arasında hərəkət dayandırılır. Beynəlxalq sərnişinlər dekabrın 18-dən etibarən 72 saat əvvəl götürülmüş koronavirus testinin neqativ cavabını təqdim etməli və ən geci bir gün əvvəl xüsusi sərnişinin axtarışı formasını (PLF) doldurmalıdır. Eyni zamanda ölkəyə gəldikdə koronavirusa yoluxmanı aşkar edən ekspres testi etməli və 10 gün karantində qalmalıdırlar.

Milli.Az