Vanda Azərbaycan prospekti və Qarabağ küçəsi

9 Dekabr 2020 20:09

Türkiyənin Van vilayətində prospekt və küçənin adı dəyişdirilib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, şəhərin Çaldıran mahalında prospektlərdən birinə Azərbaycan, küçələrdən birinə isə Qarabağ adı verilib.

Qarabağ vilayətin Rəcəb Tayyib Ərdoğan məhəlləsindəki Doğubayazıta, Azərbaycan isə Van Yolu küçəsinə verilib.

Milli.Az