DİN-in şəhid giziri Mais Səmədov - FOTO

9 Dekabr 2020 16:27

Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarının giziri Səmədov Mais Şadıbəy oğlu Vətən Müharibəsinin şəhidlərindəndir.

Nazirlikdən Milli.Az-a verilən məlumata görə, M.Səmədov 1977-ci ildə Xaçmaz rayonunda anadan olub.

O, noyabrın 5-də Cəbrayıl-Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olub.

Evli idi, 2 övladı var.

Milli.Az