Rusiyada DAHA BİR İLK: virusları aşkarlamaq üçün yeni test hazırlandı

9 Dekabr 2020 21:59

Rusiyada hüceyrə immunu testi dövlət qeydiyyatına alınıb.

Milli.Az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Mixail Muraşko 12-ci Rusiya Dərman və Tibb Sənayesi İşçiləri Konqresində bildirib.

Nazir qeyd edib ki, Rusiyada 90-dan çox koronavirus test sistemi hazırlanıb və qeydiyyatdan keçib. Bunların içində hüceyrənin immun sistemini ölçən test ən yenisidir: "Digərləri isə PZR, immunoqlobin təyini, təcili antigen testləridir".

Qeyd edək ki, hüceyrə immunu testi antitellərin deyil, təbii öldürücü hüceyrələr, T limfositlər və digər hüceyrəvi ünsürlərin daxil olduğu bir növ immun sistemi reaksiyasıdır. Müxtəlif viruslarla mübarizədə əhəmiyyətli rol oynayırlar.

Xatırladaq ki, dünyada ilk dəfə Rusiya COVID-19 xəstəliyinə qarşı peyvəndi qeydiyyata alan ölkə olub. (publika.az)

Milli.Az