"Sivasspor"da daha 3 yoluxma

9 Dekabr 2020 19:04

Avropa Liqasında "Qarabağ"la eyni qrupda mübarizə aparan "Sivasspor"un daha üç futbolçusunda koronavirus aşkarlanıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, onlardan 2-si daha əvvəl koronavirusa yoluxan və karantin müddətini başa vuranlardır.

Qeyd edək ki, "Sivasspor" dekabrın 10-da qrup mərhələsinin sonuncu - 6-cı turunda İsraildə "Makkabi" (Təl-Əviv)  ilə üz-üzə gələcək.

Milli.Az