Bakıda avtomobil qadını vuraraq öldürüb

9 Dekabr 2020 12:49

Bakıda piyada qadını avtomobil vurub.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə səhər saatlarında "Nəriman Nərimanov" metrostansiyasının yaxınlığında qeydə alınıb.

Belə ki, yolu keçmək istəyən 65-70 yaş aralığında qadını qarşıdan gələn minik avtomobili vurub.

Hələ ki, şəxsiyyəti dəqiqləşdirilməyən qadın ağır xəsarətlə xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı Rayon Polis İdarəsi Tərəfindən araşdırma aparılır.

Milli.Az