Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 4 734 yoluxma halı qeydə alınıb, 38 nəfər ölüb.
Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 174 383, ölənlərin sayı isə 1 614 nəfərə çatıb.
Virusa yoluxanlardan 145 287 nəfərin sağaldığı bildirilir.
Milli.Az