Bakıda anbarda baş verən yanğın söndürülüb

8 Dekabr 2020 22:47

Bakı şəhərinin Nərimanov rayonunda ümumi sahəsi 300 m² olan anbarın dam örtüyünün yanar konstruksiyaları və içərisində olan mallar yanıb.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, anbara bitişik sexlər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az