Fransada quşçuluq təsərrüfatlarında minlərlə ördək məhv edilib

9 Dekabr 2020 02:30

Fransada quşçuluq təsərrüfatlarını "quş qripi" bürüyüb. Bu təsərrüfatlarda ölüm səviyyəsi yüksəkdir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Fransa Kənd təsərrüfatı Nazirliyi bu haqda məlumat yayıb.

Bildirilir ki, Land (Landes) departamentində ördək fermasında 6 min ördək məhv edilib. Quşçuluq zonalarında 10 kilimetr məsafədə sanitar qaydalara ciddi riayət olunması tələb olunur. Avropada vəhşi faunada "quş qripi"nin köçəri quşlar vasitəsilə geniş yayıldığı diqqətə çatdırılıb.

Milli.Az