Güclü qar səbəbindən Bolqarıstanın 12 rayonunda “sarı” təhlükə kodu elan olunub

9 Dekabr 2020 00:45

Güclü qar səbəbindən Bolqarıstanın 12 rayonunda "sarı" təhlükə kodu elan olunub.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Sofiya, Montana, Vratsa, Loveç, Qabrovo, Veliko Tırnovo, Ruse, Tırqovişte, Razqrad, Şumen, Silistra, Dobriç bölgələrində 15-20 santimetr hündürlüyündə qar təbəqəsi yaranıb. Yollarda hərəkət iflic olub.

Eyni zamanda Tırqovişte, Razqrad, Şumen, Dobriç, Silistra bölgələrində intensiv yağışlar gözlənilir.

Milli.Az