Cəlilabadın icra başçısı vəzifəsindən azad edildi - SƏRƏNCAM

8 Dekabr 2020 17:13

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev N.R.Zeynalovun Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq qərara alıram:

Namiq Rəsul oğlu Zeynalov Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilsin".

Milli.Az