Hərbi xidmətdə olan namizədlər müəllim işləmək üçün yenidən müraciət edə biləcəklər

8 Dekabr 2020 17:20

Təhsil Nazirliyi hazırda hərbi xidmətdə olan və müəllimlərin işə qəbulu üzrə onlayn müsahibə mərhələsində iştirak edə bilməyən şəxslərə müraciət edib.

Nazirlikdən Milli.Az-a verilən məlumata görə, hərbi xidmətdə olduğu üçün hazırkı müəllimlərin işə qəbulu müsabiqəsinin onlayn müsahibə mərhələsində iştirak edə bilməyən şəxslər üçün növbəti dəfə keçiriləcək müsahibələrdə yenidən müraciət etmək imkanı yaradılacaqdır.

Milli.Az