Gözəllik salonları işləməyəcək

8 Dekabr 2020 16:10

Xəbər verdiyimiz kimi, dekabrın 14-dən etibarən ölkə üzrə sərt karantin rejimi tətbiq ediləcək.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, sərt karantin dövründə gözəllik salonlarının da fəaliyyətinə icazə verilmir.

Xatırladaq ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən ölkə üzrə xüsusi karantin rejiminin müddəti 2021-ci il 31 yanvar 06:00-dək uzadılıb. 14 dekabr saat 00:00-dan 2021-ci il 18 yanvar saat 00:00-dək bütün ölkə üzrə sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq edilir.

Milli.Az