Azərbaycanda 4 387 yeni yoluxma, 3 133 nəfər sağalıb

8 Dekabr 2020 15:11

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 4 387 yeni yoluxma faktı qeydə alınıb, 3 133 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Milli.Az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 38 nəfər vəfat edib.

Milli.Az