Bakıda gənc əlbəyaxa dava zamanı bıçaqlanıb

8 Dekabr 2020 08:18

Bakının Xətai rayonunda bıçaqlanma hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Əhmədli qəsəbəsində qeydə alınıb.

1991-ci il təvəllüdlü Məhəmmədli Mehran Hüseyn oğlu tanıdığı şəxslə əlbəyaxa dava edərkən bıçaqlanıb.

Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.

Milli.Az