Liviyada biri azərbaycanlı olmaqla 17 nəfər girov götürülüb

8 Dekabr 2020 08:08

Liviyanın Misrata şəhərinə dərman preparatları daşıyan, Türkiyəyə məxsus olduğu bildirlən "Mebruka" yük gəmisi qanunsuz fəaliyyət göstərən Liviya Milli Ordusunun başçısı Xəlifə Haftarın qüvvələri tərəfindən ələ keçirilib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, gəmi heyəti arasında doqquzu Türkiyə, biri Azərbaycan, yeddisi hindistanlı olan 17 nəfər heyət üzvü girov götürülüb.

Xəlifə Haftarın sözçüsü Əhməd Əl-Mismari yük gəmisində dərman olduğunu etiraf edib. O, gəminin Haftar tərəfindən qadağan olunan əraziyə girdiyi və "təlimatlara əməl etmədi"yi üçün Ras el-Hilal limanına çəkilərək orada saxlandığını deyib.

Milli.Az