"Püşkatma təhlil üçün deyil, onlarla oynamaq və qalib gəlmək üçündür. Bizim üçün çətinlik olmamalıdır".
Milli.Az apasport.az-a istinadən bildirir ki, bunu Portuqaliya millisinin baş məşqçisi Fernando Santuş deyib.
O, Azərbaycanla rəqib olduğu DÇ-2022-nin seçmə mərhələsinin püşkünü dəyərləndirib: "AVRO-2020-nin seçmə mərhələsində Serbiya ilə oynamışıq. Düzdür, əvvəl onlarla, sonra Ukrayna ilə heç-heçələrlə işimizi çətinləşdirmişdik. Əsas yaxşı hazırlaşmaqdır. Həm də təqvim uğurlu olmalıdır. Dünya çempionu adına iddia etmək üçün mərhələni adlamalıyıq. Portuqaliya böyük favoritdir".
Milli.Az