Ana və qızı dəm qazından zəhərlənib

7 Dekabr 2020 23:45

Goranboyda ana və qızı yaşadıqları evdə dəm qazından zəhərlənib. 

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə axşam saatlarında Səfikürd  kəndində baş verib. 

Hər iki zərərçəkən şəxs yaxınlarının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Onlar reanimasiya şöbələrinə yerləşdiriliblər. 

Faktla bağlı araşdırma aparılır.

Milli.Az