“Real” Modriçlə bağlı qərarını verdi

7 Dekabr 2020 19:16

İspaniyanın "Real" klubu futbolçusu Luka Modriçlə müqaviləni uzadacaq.

Milli.Az apasport.az-a istinadla bildirir ki, klub rəhbərliyi xorvatiyalı yarımmüdafiəçini heyətində saxlamağı lazım bilib.

35 yaşlı futbolçu ilə danışıqlar aparan madridlilər 2 illik anlaşma imzalanmasını planlaşdırır. Müqaviləsi gələn ilin yayında başa çatacaq Luka yeni anlaşmaya əsasən 2023-cü ilədək "Kral klubu"nda qalacaq.

Qeyd edək ki, Luka cari mövsüm La Liqada 11 oyunda 1 qol vurub.

Milli.Az