İstanbul məhkəməsi Rusiyanın NTV televiziya kanalının jurnalistlərini həbsdən azadlığa buraxıb.
Milli.Az oxu.az-a istinadən bildirir ki, "Baş Prokurorluğa sübutlar verildikdən sonra iki rusiyalı jurnalist sərbəst buraxıldı. Onlarla birlikdə bir Türkiyə vətəndaşı da nəzarətdən azad olundu", - deyə qeyd edilib.
Televiziya şirkətinin (NTV) mətbuat xidməti jurnalistlərin yaxın vaxtlarda Rusiyaya deportasiya ediləcəyinə aydınlıq gətirib:
"İlkin məlumata görə, yaxın vaxtlarda həmkarlarımız deportasiya olunmalıdır. Təfərrüatı dəqiqləşdiririk: rəsmi məlumatımız hələ yoxdur".
Xatırladaq ki, dekabrın 3-də müxbir Aleksey Petruşko və operator İvan Malışkin İstanbulda polis tərəfindən nəzarətə alındıqları barədə öz redaksiyalarına xəbər veriblər.
Milli.Az