"Qayınatam Şuşa həsrətiylə öldü" - Əməkdar artist

7 Dekabr 2020 18:58

"Həyat yoldaşım şuşalıdır. Qayınatam professor Nazim Axundov torpağına bağlı insan olub. Qarabağı dəli kimi sevirdi. Ömrünün son illərində gedib Şuşada evimizdə oturmuşdu. Tikib düzəldib, gedib oturacayıq orada".

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri Əməkdar artist Bəsdi Sevdiyeva "7 Canlı" proqramında deyib. Müğənni bildirib ki, həyat yoldaşı Şuşadandır və ora yaşamağa getməyi düşünür:

"Qayınatam torpaq həsrətiylə öldü. Şuşa həsrəti çəkirdi. şükür, bu gün torpaqlar qayıtdı. Şəhid analarını başa düşürəm. Mən də hərbçi anasıyam. Onların nə hiss keçirdiklərini başa düşürəm".

Milli.Az