Almaniyanın ən böyük aviaşirkəti "Lufthansa" ilin sonunadək 29 min nəfəri işdən çıxaracaq.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, şirkət bu barədə mətbuata açıqlamasında bildirib. Qeyd edilib ki, aviaşirkətə məxsus uçuş daxili məhsulları və qida istehsal edən "LSG" firması satılıb və 7 min 500 işçinin taleyi məlum deyil.
Almaniyanın "Bild am Sonntag" qəzeti yazır ki, "Lufthansa"nın gələn il məşğulluğu azaltması planlaşdırılır. Şirkət sözçüsü gələn il ən azı 10 min insanın işdən çıxarılmasının planlaşdırıldığını söyləyib.
Uçuş sayını azaldan aviaşirkətə dövlət yardımına baxmayaraq bu ilki zərəri 5 milyard 600 milyon avroya çatı
Milli.Az