Sabiq futbolçu 12 illik həbs olundu - Casus olduğu üçün

7 Dekabr 2020 15:34

Ukraynalı sabiq futbolçu Vasili Vasilenko barədə həbs qərarı verilib.

Milli.Az apasport.az-a istinadla bildirir ki, Moskva Şəhər Məhkəməsi onu 12 il müddətinə azadlıqdan məhrum edib.

Casusluqda ittiham olunan Vasilenko cəzasını ciddi rejimli koloniyada çəkəcək. Keçmiş oyunçu eyni zamanda qadağan olunmuş maddələri sərhəddən qanunsuz keçirməkdə günahlandırılıb.

Qeyd edək ki, Vasili Vasilenko 1992-2001-ci illərdə Ukraynanın "Tavriya", "Torpedo" və "Drujba" klublarında çıxış edib. O, 2019-cu ilin oktyabrında Moskvada saxlanılıb.

Milli.Az