“Virtual məktəb”də bir həftədə 6 milyona yaxın dərs keçirilib

7 Dekabr 2020 14:11

Ölkənin ən iri milli onlayn platforması olan "Virtual məktəb"in əhatə dairəsi genişlənməkdədir.

Təhsil Nazirliyindən Milli.Az-a verilən məlumata görə, 29 noyabr- 4 dekabr tarixləri üzrə platformada qeydiyyatdan keçmiş şagirdlərin sayı 1 348 405, müəllimlərin sayı 125 688, aktiv istifadəçi sayı 972 867 olub. Həftə ərzində platformada keçirilmiş dərslərin sayı 5 731 300 təşkil edib

Milli.Az