Əfqanıstanda nəzarət buraxılış məntəqəsinə hücum: 5 ölü, 4 yaralı

7 Dekabr 2020 10:49

Ötən gecə "Taliban" silahlıları tərəfindən Əfqanıstanın şimalında yerləşən Künduz vilayətində nəzərat buraxılış məntəqəsinə hücum olub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hücum nəticəsində Əfqanıstan ordusunun 5 əsgəri ölüb, daha 4 əsgər isə yaralanıb.

Hadisənin təfərrüatları hələ ki, açıqlanmayıb.

Milli.Az