Türkiyəli aktrisa Hülya Koçyiğit maraqlı açıqlamaları ilə diqqət çəkib.
Milli.Az axşam.az-a istinadən bildirir ki, aktrisa illərdir səhnədə olmasına baxmayaraq, hələ də teatrda və çəkiliş meydanında ilk günkü qədər həyəcanlandığını bildirib:
"Səhnədə tamaşaçıları gördüyüm an hər şeyi unuduram. Lakin çıxana qədər həyəcandan əlim əsir".
O, uşaqikən bir operanı izlədikdən sonra aktrisa olmaq qərarına gəlib:
"O, operanı izlədikdən sonra aktrisa olmaq istədim. Məhəlləmizdəki uşaqları çağırıb anamın tikdiyi pərdələrlə oyun oynayırdıq .Onlara müəyyən rollar verirdim. Sonra o pərdələri büküb yerinə qoyurdum. Belə etdiyimə görə anam məni döyürdü".
Milli.Az