Avropa Liqasının qrup mərhələsində "Qarabağ"la qarşılaşacaq İspaniyanın "Vilyarreal" klubu bir futbolçusunu itirib.
Milli.Az apasport.az-a istinadla bildirir ki, hücumçu Pako Alkaser sıradan çıxıb.
Tərcübəli forvard La Liqanın XII turunda dünən "Elçe" ilə keçirilən qarşılaşmada zədələnib. 0:0 hesabı ilə başa çatan qarşılaşmada fasilədən sonra meydana daxil olan 27 yaşlı oyunçu 78-ci dəqiqədə əzələsində ağrılar hiss edərək əvəzlənib. Baş məşqçi Unay Emeri görüşdən sonra Pakonun əvvəlki zədəsinin təzələndiyini deyib. Lakin forvardın sağalma prosesi ilə bağlı hər hansı bir məlumat verilməyib.
Qeyd edək ki, "Vilyarreal" - "Qarabağ" oyunu Avropa Liqasının son turu çərçivəsində dekabrın 10-da keçiriləcək.
Milli.Az