“Bayer”in türk futbolçusunda koronavirus aşkarlandı

7 Dekabr 2020 09:37

Almaniyanın "Bayer" klubunun türk əsilli futbolçusu Kerem Demirbay koronavirusa yoluxub.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə Bundesliqa klubunun rəsmi saytı məlumat yayıb.
 
27 yaşlı futbolçu komandadan təcrid edilib. O, evində karantinə alınıb. Digər bütün futbolçuların testi neqativ çıxıb və onlar Bundesliqanın növbəti oyununda iştirak edə biləcəklər.

Milli.Az